Arıçılıqla bağlı vebinar keçirilib

Arıçılıqla bağlı vebinar keçirilib
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Arıçılıq" Mərkəzinin təşkilatçılığı ilə 24.03.2023-cü il tarixində Türkiyə Respublikası Uludağ Universitetinin "Baytarlıq" fakültəsinin professoru, dr. Levent Aydının təqdimatında "Arı xəstəlikləri və zərərvericiləri, müalicə üsulları və vasitələri, profilaktik tədbirlər" mövzusunda vebinar keçirilib. Vebinarda Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, "Arıçılıq" Mərkəzinin direktoru Samir Mahmudov, Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov və respublikanın müxtəlif bölgələrindən olan peşəkar arıçılar iştirak ediblər.
Vebinar zamanı Prof. Dr. Levent Aydın tərəfindən mövzu ilə bağlı slayd materialı nümayiş olunub, vebinar iştirakçılarını maraqlandıran suallar cavalandırılıb.

Arıçılıqla bağlı vebinar keçirilibArıçılıqla bağlı vebinar keçirilibArıçılıqla bağlı vebinar keçirilibArıçılıqla bağlı vebinar keçirilibArıçılıqla bağlı vebinar keçirilib