Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.
Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.
ADA Universitetində Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib. Forumda hər iki ölkədən rəsmi şəxslər, müxtəlif təşkilatların, biznes assosiasiyalarının, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər, iş adamları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri iştirak ediblər.
Forum Azərbaycan və İsrail iş adamları arasında kənd təsərrüfatı və təhsil sahələrində tətbiq olunan texnologiyalar və innovasiyalar sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi daşıyıb.
Forumun işi ümumi, təhsil və kənd təsərrüfatı üzrə panel iclaslarla davam edib. Azərbaycan və İsraildən olan dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən kənd təsərrüfatı üzrə paneldə aqrar sahədə texnologiyalar, innovasiyaların məhsuldarlığın artmasında, torpaq və su resurslarından daha səmərəli istifadə olunmasında rolu, aqrar startapçıların innovativ ideyalarının reallaşması və digər məsələlər müzakirə edilib.
Forum çərçivəsində startaplar və iş adamları arasında ikitərəfli görüşlər də keçirilib.

Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.