HETİ və “Qarabağ Atçılıq Kompleksi” arasında əməkdaşlıq

HETİ və “Qarabağ Atçılıq Kompleksi” arasında əməkdaşlıq
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və “Qarabağ Atçılıq Kompleksi” arasında bağlanmış “Əməkdaşlıq müqaviləsi” çərçivəsində təsərrüfatda seleksiya damazlıq işlərinin düzgün aparılmasının təşkil edilməsi üçün institutun əməkdaşları Yasin Gözəlov və Müzakir Məmmədov “Qarabağ Atçılıq Kompleksi”ndə olmuşlar.
Təsərrüfatda aparılan seleksiya damazlıq işinin təşkili qaydalarına uyğun olaraq normativ hüquqi sənədlərə baxılmış, müxtəlif qruplar üzrə yetişdirilən atların saxlanma şəraiti, yemləmənin düzgün təşkili işləri nəzərdən keçirilmişdir.
Eyni zamanda, boğaz madyanlar qrupuna baxış keçirilmiş, təhkim olunmuş ayğırların fərdi fenotipik qiymətləndirilməsi aparılmışdır. Gələcəkdə təsərrüfatda aparılacaq seleksiya damazlıq işlərinin istiqamətləri müəyyən edilmişdir.

HETİ və “Qarabağ Atçılıq Kompleksi” arasında əməkdaşlıqHETİ və “Qarabağ Atçılıq Kompleksi” arasında əməkdaşlıqHETİ və “Qarabağ Atçılıq Kompleksi” arasında əməkdaşlıqHETİ və “Qarabağ Atçılıq Kompleksi” arasında əməkdaşlıqHETİ və “Qarabağ Atçılıq Kompleksi” arasında əməkdaşlıq