Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edib
Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabinetinin bu ilin 22 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən 2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.

Qeyd edək ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrini tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorant qəbulu üzrə e-müraciət sisteminin təlimatı ilə buradan tanış ola bilərsiniz.

Kənd Təsərrüfatı Nazirliyinin 2021-ci il üçün ixtisaslar üzrə doktorantura və dissertantura hazırlığı ilə məlumatı buradan əldə edə bilərsiniz.

Sənəd qəbulu üçün son tarix: 20 avqust 2021-ci il.