Əməkdaşlıqla bağlı görüş keçiriləcək.

Əməkdaşlıqla bağlı görüş keçiriləcək.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutu (Türkiye Cumhuriyeti Tarım ve Orman Bakanlığı Doğu Akdeniz Tarımsal Araştırmalar Enstitüsü Müdürlüğü) arasında elmi-texniki əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin əməkdaşlıq çərçivəsində birgə icra ediləcək layihələr, təşkil olunacaq elmi-praktiki tədbirlər, akademik mübadilə proqramları, birgə aparılacaq elmi-tədqiqat işləri və onların istiqaməti barədə ətraflı müzakirələr aparmaq üçün iki qurum arasında 23 aprel 2021-ci il tarixində saat 15:00-da (Bakı vaxtı ilə) “Zoom” platforması vasitəsilə onlayn görüş keçiriləcəkdir. Tədbirdə iştirak etmək üçün informasiya@heti.az e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.