Beynəlxalq elmi videokonfrans keçirilib.

Beynəlxalq elmi videokonfrans keçirilib.
23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Heyvandarlıqda müasir inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi videokonfrans keçirilib. Videokonfransda Kənd Təsərrüfatı Nazirliyinin,Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar Xidmətlər Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, yerli elmi-tədqiqat institutlarının mütəxəssis və əməkdaşları eyni zamanda Rusiya, Ukrayna və Belarusiyanın elmi-tədqiqat institutlarının əməkdaşları iştirak edib.
Videokonfransı giriş sözü ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.f.d., dosent Mahir Hacıyev açıb. O, konfrans iştirakçılarını salamlayıb institut haqqında geniş məlumat verərək hal-hazırda aparılan elmi-tədqiqat işləri ilə iştirakçıları tanış edib. HETİ-nin son dövrlərdə qurulan beynəlxalq əməkdaşlıqları barədə məlumat verib.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Eldar Həsənov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Samir Süleymanov ölkəmizdə kənd təsrrüfatının inkişafına dövlət dəstəyindən, tətbiq olunan innovasiyalardan bəhs ediblər.
BDATU Aqro-Sənaye kompleksinin təkmilləşdirilmiş tədqiqatlar və yenidən hazırlanma institutunun direktoru Nikolay Yakovçik Stepanoviç “Belarusiya Respublikasında südlük istiqamətli maldarlığın müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda geniş slayd materialı və məruzə ilə çıxış edərək bu cür konfransların keçirilməsinin önəmini vurğulayıb.
Plenar hissə bitidikdən sonra panel görüşlərdə çıxış edən BDU-BDEİ-nun elmi işçisi Viktor Lemeşevskiy Oleqoviç “Bordaq olan danalarda müxtəlif enerji mübadiləsi təminatında yemin qidalı maddələrinin məhsula çevrilməsi”, ÜTFB-HBİ-nun “İmmun Biotexnologiya və Mikrobiologiya” Laboratoriyasının rəhbəri Ostrenko Konstantin Sergeyeviç “Qoyunlarda neyrohumoral tənzimləməyə və həzm sisteminə stresslərin təsiri”, HETİ-nin elmi işlər üzrə direktor müavini Aidə Əsgərova “Ərzaq təhlükəsizliyinin təminatı məqsədilə heyvandarlığın inkişafı istiqamətləri və perspektivləri”, ÜTFB-HBİ-nun baş elmi işçisi Ofçarova Anastasiya Nikitovna “Südəmər buzovlarda probiotik laktobasillərin istifadəsinin səmərəliliyi”, ÜTFB-HBİ-nun baş elmi işçisi Koloskova Yelena Mixailovna “Yem rasionuna stressə qarşı adaptogen əlavə olunmaqla qoyun işgənbəsinin normal florasının korreksiyası”, ÜTFB-HBİ-nun kiçik elmi işçisi Yezerskiy Vadim Arkadieviç “Adaptogen yem əlavəsinin təsiri ilə qoyun işgəmbəsində patogen mikrofloranın dəyişməsi” mövzularında slayd materialları və məruzələrlə çıxış ediblər.
Panel iclaslar yekunlaşdıqdan sonra isə konfransın spikerləri iştirakçlar tərəfindən ünvanlanan sualları cavablandırmış, qarşılıqlı disskusiya aparılıb.Eyni zamanda ETİ-lər arasında gələcək əməkdaşlıqların perspektivləri müzakirə edilib.

Beynəlxalq elmi videokonfrans keçirilib.Beynəlxalq elmi videokonfrans keçirilib.Beynəlxalq elmi videokonfrans keçirilib.Beynəlxalq elmi videokonfrans keçirilib.Beynəlxalq elmi videokonfrans keçirilib.Beynəlxalq elmi videokonfrans keçirilib.Beynəlxalq elmi videokonfrans keçirilib.