"Tut ipəkqurdunun seleksiyası" laboratoriyasında yeni seleksiya işləri aparılır.

"Tut ipəkqurdunun seleksiyası" laboratoriyasında yeni seleksiya işləri aparılır.
60-dan çox cinsin genefondda qorunaraq saxlanıldığı Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Tut ipəkqurdunun seleksiyası" laboratoriyasında yeni seleksiya işləri aparılır. Ötən il 2 yeni tut ipək qurdu hibridi və cinsi yaradan elmi işçilər təsdiq üçün sort sınaq stansiyasına göndəriblər. Hazırda isə xaricdən gətirilən yeni cinslər üzərində seleksiya işləri aparılır. Heyvandarlıq və Aqro-Mexanika Elmi Tədqiqat İnstitutları arasında bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində yeni tut ipəkqurdu qrenasının yeni inkubasiya qurğusu da yaradılıb və hal-hazırda qurğu laboratoriya tərəfindən sınaqdadır.