Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) - “İnsan, heyvan və bitki sektorlarında antimikrobiyal maddələrin istifadəsinə dair beynəlxalq alətlər”ə dair Üçlü Hesabat vebinarı

Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 10 fevral 2021-ci il tarixdə saat 18:00-da “İnsan, heyvan və bitki sektorlarında antimikrobiyal maddələrin istifadəsinə dair beynəlxalq alətlər”ə dair Üçlü Hesabat vebinarı keçirir.

Ümumdünya Mikrob əleyhinə Marifləndirmə Həftəsi zamanı üç Baş direktor tərəfindən hazırlanan vebinarda insan, heyvan və bitki sektorlarında antimikrobiyal maddələrin istifadəsi və ətrafdakılara yayılması ilə əlaqədar standartları müəyyənləşdirən beynəlxalq sənədlərin icmalı və sonrakı addımları üçün boşluqlar və imkanlar nəzərdən keçiriləcəkdir.

Qeyd edək ki, vebinarda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak edəcək.

Maraqlananlar bu keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. Vebinar ingilis dilində baş tutacaqdır.