Ətlik Bifmaster cinsi

Ətlik Bifmaster cinsi
Bu cins yeni bir cinsdir. Bifmaster cinsi (Beefmaster) brahman, hereford və şorthorn cinslərinin çarpazlaşdırılması nəticəsində, qan faizi 50:25:25 olmaqla alınmışdır. Bu cinsin alınması 1908-ci ildən Eda Lasateranın başçılığı ilə Texasda və Kolorado da başlayıb. Cinsin yetişdirilməsi altı əlamət üzrə ciddi şərtlərlə aparılmışdır. 1954-cü ildə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi Bifmasteri cins kimi təsdiq edilmişdir. Avropada bu cinsin ilk təmizqanlı cins buzovları 2016-cı ildə İtaliyada alınmışdır. Yeni cinsin buzovlarını 2017-ci ilin avqustunda Polşaya, 2017-ci ilin sonunda Şimali İrlandiyaya gətirilmişlər. 2018-ci ilin sonuna qədər Almaniya, Avstriya, Portuqaliya, İspaniya, İrlandiya Respublikası və İngiltərədə (Şimali İrlandiya) yeni Bifmaster yetişdiriciləri ilə birlikdə Türkiyədə layihələrə başlamışdır. DBL D BAR Beefmaster Ranch-in genetic məhsullarını təqdim etdiyi növbəti ölkə Rusiyadır.

Ətlik Bifmaster cinsi
«Angelina» - İtaliyada doğulan birinci avropalı Bifmaster (DD-Italia Beefmasters).

Bu cinsin bu qədər cəlbedici cəhəti nədir? 2017-ci ildə aparılan elmi araşdırmalar onu göstərdi ki, Beefmasterin dünyanın bütün iribuynuzlu cinsləri arasında ən yüksək heterozis effektinə malik olması (heterogen valideynlərindən müxtəlif genlərin müəyyən bir allel qrupunun irsi olması səbəbindən hibridlərin məhsuldarlıq göstəricilərinin yüksək olması) sübut edilir. ABŞ-nın 18 fərqli mal cinsi üzərində aparıldığı araşdırmalardan müəyyən olunmuşdur ki, bifmasterlərin yem səmərəliliyi bütün digər cinslərdən üstündür.
Bədən ölçüləri
Bunlar olduqca böyük heyvanlardır, öküzlərin orta çəkisi 1000 kq-a çatır, süddən ayrılan buzovlarda 270-280 kq çəki olur. Həm buynuzlu, həm də buynuzsuz heyvanlar var.
Rəngi
Bu cinsin alınmasında rənginə xüsusi diqqət yetirilməmişdir, belə alındı ki, heyvanların əksəriyyəti narıncı rəngə malik olmuşlar.
Məhsuldarlığı
Yemin yüksək konversiyasına malikdirlər (tədqiqatlara əsasən yem effektivliyi ABŞ-da başqa cinslərdən üstündür). Yağsız ət, şirəli olsa da, təəccüblü dərəcədə incə bir dada malikdir. Orta sutkalıq çəki artımı 950-1180 q təşkil edir.
14 ayında inəkləri mayalanmaya hazır olurlar, əla analıq xüsusiyyətlərinə malikdirlər, doğuşları çox asan keçir və hər il bir buzov vermə qabiliyyətinə malikdirlər.
Bəslənməsi
Cins otlaq şəraitinə əla uyğunlaşır, istiyə, quraqlığa və həşərat dişləməsinə davamlıdır. Kolorado, Nebraska və Vyomingin mülayim iqliminə mükəmməl uyğunlaşır.
Mənfi və müsbət tərəfləri
Xüsusiyyətləri
1. Beefmasterlər digər inək cinslərindən yalnız altı xüsusiyyətə əsaslanan seçmə prinsipi ilə fərqlənir: xasiyyət, məhsuldarlıq, uyğunluq, çəki, dözümlülük, süd məhsuldarlığı. Lasaterin konsepsiyası ondan ibarətdir ki, altı əsas əlamətə görə və “genetik enerjini” nəzərə almadan seçmə aparılır, məsələm rəngi, buynuzları, cidov hündürlüyü və s. Bu nadir yanaşma bifmasterləri “Gəlirli cins” adı ilə təsdiqləmişdi.
2. Lasater “altı əsas prinsip” tədbiq etmişdir, hansı ki, o dövr üçün inqilabi sayılırdı. O, 1936-cı ildə individual şəkildə buzovları çəkirdilər, o dövrdə iribuynuzlu malqaranı baş sayına görə satışını təşkil edirdilər. Tələb olunurdur ki, düyələr 14 ayında çütləşməyə buraxılsın və iki yaşında bala verə bilsinlər. Maraqlısı bu idi ki, Tom sağlam bala verə bilməyən inəyi çıxdaş edirdi.
3. 2017-ci ildə aparılan elmi tədqiqat işləri onu təsdiq etmişdir ki, bifmaster cinsli heyvanlar dünyada olan bütün iribuynuzlu heyvanlardan fərqli olaraq ən yüksək heterozisə malikdilər.

Aparılan araşdırmalara əsasən mütəxəssislər bu cinsin Azərbaycanda da yetişdirilməsini məsləhət görürlər.
Ətlik Bifmaster cinsiƏtlik Bifmaster cinsiƏtlik Bifmaster cinsi