HETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilib

HETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilib

19 iyul 2024-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və “AVC Agro” MMC-nin birgə təşkilatçılığı ilə a.e.f.d., südlük inəklərin yemləndirilməsi üzrə beynəlxalq mütəxəssis Abdullah Xosrov Sami tərəfindən “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilib. Təlimdə müxtəlif bölgələrdən olan fermer və sahibkarlar, DAİM nüməyəndələri, baytar həkimlər və müstəqil heyvandarlıq mütəxəssisləri iştirak edib.

Təlimi giriş sözü ilə institutun direktoru Mahir Hacıyev açıb. O, ilk öncə qonaqları və təlim iştirakçılarını salamlayıb. Daha sonra südlük istiqamətli maldarlıqda olan mövcud problemlər, onların həlli yolları, bu sahədə görülən işlər, maarifləndirmə işlərinin aparılması və s. barədə danışıb.

Daha sonra söz təlimçi Xosrov Samiyə verilib. Xosrov Sami mövzu barədə zəngin təqdimat nümunəsi ilə çıxış edərək heyvanların saxlanma və bəslənmə şəraiti, südlük inəklərdə ketozun yaranma səbəbi, onun əlamətləri və müalicə-profilaktika tədirləri barədə geniş məlumat verib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.


HETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilibHETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilibHETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilibHETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilibHETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilibHETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilibHETİ-də “Südlük inəklərdə ketoz” mövzusunda təlim keçirilib