Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutu ilə görüş keçirilib.

Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutu ilə görüş keçirilib.
23.04.2021-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutu (Türkiye Cumhuriyeti Tarım ve Orman Bakanlığı Doğu Akdeniz Tarımsal Araştırmalar Enstitüsü Müdürlüğü) arasında imzalanmış elmi-texniki əməkdaşlıq müqaviləsinə əsasən birgə icra ediləcək layihələr, təşkil olunacaq elmi-praktiki tədbirlər, akademik mübadilə proqramları, birgə aparılacaq elmi-tədqiqat işləri və onların istiqaməti barədə ətraflı müzakirələr aparmaq üçün iki qurum arasında onlayn görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi" şöbəsinin müdiri Eldar Həsənov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, institutun elmi işlər üzrə direktor müavini Aidə Əsgərova, "İnformasiya təminatı və elmi nəticələrin tətbiqi" şöbəsinin müdiri Aytən Əliyeva, Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları Anar İlyasov və Orxan Nadirov, Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutunun müdiri Abdullah Çil və onun müavini İbrahim Cerit iştirak ediblər. Görüşdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin elmi-tədqiqat institutları arasında indiyədək qurulmuş əməkdaşlıqlar, yerinə yetirilən layihələr, aparılan təcrübə mübadiləsi barədə müzakirə aparılıb. Qeyd olunub ki, hazırki pandemiya vəziyyəti səbəbindən birgə aparılan elmi-tədqiqat işləri və layihələr dayandırılsa da pandemiya vəziyyəti bitdikdən sonra işlərə qaldığı yerdən davam ediləcək.
Görüş zamanı pandemiya vəziyyəti bitdikdən sonra Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutundan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna mütəxəssislərin dəvət edilməsi, embrion transferi layihəsinin icra edilməsi, damazlıq və seleksiya işlərinin aparılması, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun genetik mərkəz kimi formalaşdırılması üçün birgə işlərin aparılması barədə geniş fikir mübadiləsi aparılıb, razılıqlar əldə olunub.

Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutu ilə görüş keçirilib.Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutu ilə görüş keçirilib.Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutu ilə görüş keçirilib.
Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Araşdırmaları İnstitutu ilə görüş keçirilib.