Quşçuluq təsərrüfatlarında biotəhlükəsizlik

Quşçuluq təsərrüfatlarında biotəhlükəsizlik
Ətlik və yumurtalıq istiqamətli quşçuluq fabriklərində yaxşı biotəhlükəsizlik təşkil etmək çətin görünə bilər, amma dörd sadə prinsipi tətbiq etməklə təkcə təhlükəli xəstəliklərdən mühafizə etmək yox, eyni zamanda ümumi sürü sağlamlığını və performansını da qorumaq mümkündür.
Son zamanlarda Afrika donuz vəbası epizootiyası, donuz yetişdirmə sektorunda biotəhlükəsizliyi gündəmə gətirsə də, yüksək dərəcədə patogen quş qripi (HPAI/YPQQ) kimi xəstəliklər də quşçuluq fabrikləri üçün biotəhlükəsizlik məsələsini aktuallaşdırmışdır. Aşağıdakı dörd şərt biotəhlükəsizliyin və sürü sağlamlığının dəstəklənməsinə imkan yaradacaq.
1. Məcburi Təsərrüfat İdarəetmə Protokolları;
2. Yem gigiyenasının təşkili;
3. Keyfiyyətli içməli suyun təşkili;
4. Bağırsaq mikroflorasının qorunmasının təşkili.
Bu şərtlərin hər biri haqqında növbəti paylaşımlarımızda məlumat veriləcək.