![Baramaçılıqla bağlı növbəti təlim keçirilib. Baramaçılıqla bağlı növbəti təlim keçirilib.](https://heti.az/uploads/posts/2021-02/medium/1613565501_img_0119.jpg)
![Baramaçılıqla bağlı növbəti təlim keçirilib. Baramaçılıqla bağlı növbəti təlim keçirilib.](https://heti.az/uploads/posts/2021-02/medium/1613565565_img_0120.jpg)
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin "Barama istehsalının səmərəli təşkili" ilə bağlı 2021-ci il üzrə təlim planına uyğun olaraq 17.02.2021-ci il tarixində "Tut ipəkqurdunun bəslənməsi üçün kümxanaların təlimata uyğun hazırlanması" mövzusunda mütəxəssislər tərəfindən təlim keçirilib. Təlimdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Baramaçılıq" laboratoriyasının müdiri a.e.f.d., dos. Qafar Məmmədov da mövzuya uyğun slayd materialı və məruzə ilə çıxış edib. Təlimdə fermer-kümçüləri maraqlandıran məqamlara aydınlıq gətirilib, onların sualları ətraflı şəkildə cavablandırılıb.