![Baramaçılıqla bağlı təlimlər davam edir. Baramaçılıqla bağlı təlimlər davam edir.](https://heti.az/uploads/posts/2021-02/1612953295_img_9840.jpg)
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin "Barama istehsalının səmərəli təşkili" ilə bağlı 2021-ci il üzrə təlim planına uyğun olaraq 10.02.2021-ci il tarixində "Tut ipəkqurdunun bəslənməsi üçün kümxanaların təlimata uyğun hazırlanması" mövzusunda mütəxəssislər tərəfindən təlim keçirilib. Təlimdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Baramaçılıq" laboratoriyasının müdiri a.e.f.d., dos. Qafar Məmmədov da mövzuya uyğun slayd materialı və məruzə ilə çıxış edib. Təlimdə fermer-kümçüləri maraqlandıran məqamlara aydınlıq gətirilib, onların sualları ətraflı şəkildə cavablandırılıb.
![Baramaçılıqla bağlı təlimlər davam edir. Baramaçılıqla bağlı təlimlər davam edir.](https://heti.az/uploads/posts/2021-02/medium/1612953616_img_9841.jpg)
![Baramaçılıqla bağlı təlimlər davam edir. Baramaçılıqla bağlı təlimlər davam edir.](https://heti.az/uploads/posts/2021-02/medium/1612953616_img_9843.jpg)
![Baramaçılıqla bağlı təlimlər davam edir. Baramaçılıqla bağlı təlimlər davam edir.](https://heti.az/uploads/posts/2021-02/medium/1612953859_01.png)