!["Barama istehsalının səmərəli təşkili" ilə bağlı növbəti təlim. "Barama istehsalının səmərəli təşkili" ilə bağlı növbəti təlim.](https://heti.az/uploads/posts/2021-02/1612528584_img_9834.jpg)
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin "Barama istehsalının səmərəli təşkili" ilə bağlı 2021-ci il üzrə təlim planına uyğun olaraq 05.02.2021-ci il tarixində "Tut ipəkqurdunun yem bazasının yaxşılaşdırılması, çəkil bağlarına qulluq işlərinin yaxşılaşdırılması" mövzusunda mütəxəssislər tərəfindən təlim keçirilib. Təlimdə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Yemləmə, yemlər və yem əlavələrinin analizi" laboratoriyasının böyük elmi işçiləri Vəfa Məhərrəmova və Təranə Hacıyeva da mövzuya uyğun slayd materialları və məruzələr ilə çıxış ediblər. Təlimdə fermer-kümçüləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
!["Barama istehsalının səmərəli təşkili" ilə bağlı növbəti təlim. "Barama istehsalının səmərəli təşkili" ilə bağlı növbəti təlim.](https://heti.az/uploads/posts/2021-02/medium/1612528477_img_9825.jpg)
!["Barama istehsalının səmərəli təşkili" ilə bağlı növbəti təlim. "Barama istehsalının səmərəli təşkili" ilə bağlı növbəti təlim.](https://heti.az/uploads/posts/2021-02/medium/1612528519_img_9835.jpg)
!["Barama istehsalının səmərəli təşkili" ilə bağlı növbəti təlim. "Barama istehsalının səmərəli təşkili" ilə bağlı növbəti təlim.](https://heti.az/uploads/posts/2021-02/thumbs/1612529058_kil1.png)