YAP Göygöl Rayon Təşkilatı HETİ-də partiya fəalları ilə görüş keçirib

YAP Göygöl Rayon Təşkilatı HETİ-də  partiya fəalları ilə görüş keçirib


Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev 27.10.2023-ci il tarixdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) partiya fəalları ilə görüş keçirib.
Görüş zamanı Vüqar İsayev çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etməsini diqqətə çatdırmış, bu hərtərəfli inkişafda Yeni Azərbaycan Partiyasının xüsusi rolunun olduğunu vurğulamış, YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır.
Vüqar İsayev Azərbaycanın Müstəqilliyinin qorunub saxlanılmasına və bu günkü yüksək inkişafa görə ulu öndər Heydər Əliyevə borclu olduğumuzu bildirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən və 2023-cü il 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xankəndində Azərbaycan bayrağını ucalmasının qürurverici anlarından danışılıb, azad Qarabağda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən söhbət açılıb.
Vüqar İsayev partiya üzvlərinə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin, çıxış və nitqlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlər barədə konkret tapşırıq və tövsiyələrini verib.
Görüşdə çıxış edən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və səmərəli fəaliyyətindən bəhs edərək, partiya üzvlərinin bundan sonra da, YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirib. Bütün çıxış və nitqlərdə insanlara göstərilən yüksək dövlət qayğısı xüsusi vurğulanaraq, Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunub.
Sonda Vüqar İsayev tərəfindən görüş iştirakçılarının fikir və təklifləri dinlənilmiş, qaldırılan məsələlər qeydə alınaraq həlli yolları ilə bağlı müzakirələr aparılıb.


YAP Göygöl Rayon Təşkilatı HETİ-də  partiya fəalları ilə görüş keçiribYAP Göygöl Rayon Təşkilatı HETİ-də  partiya fəalları ilə görüş keçirib
YAP Göygöl Rayon Təşkilatı HETİ-də  partiya fəalları ilə görüş keçiribYAP Göygöl Rayon Təşkilatı HETİ-də  partiya fəalları ilə görüş keçirib
YAP Göygöl Rayon Təşkilatı HETİ-də  partiya fəalları ilə görüş keçirib