HETİ-də "Damazlıq heyvanların genetik xüsusiyyətləri, saxlanılması, yetişdirilməsi və yemləndirilməsi" mövzusunda təlim keçilib

HETİ-də "Damazlıq heyvanların genetik xüsusiyyətləri, saxlanılması, yetişdirilməsi və yemləndirilməsi" mövzusunda təlim keçilib


Kənd Təsərrüfatı Nazirliyinin təlim planına uyğun olaraq 19.10.2023-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Genetik tədqiqatlar və embrion transferi" laboratoriyasının müdiri Rəşad Məhərrəmov tərəfindən "Damazlıq heyvanların genetik xüsusiyyətləri, saxlanılması, yetişdirilməsi və yemləndirilməsi" mövzusunda təlim keçilib. Təlimdə DAİM-lərin heyvandarlıq sektorları əməkdaşları iştirak edib. Təlim zamanı geniş məzmunlu təqdimat nümayiş etdirilib, iri və xırda buynuzlu heyvanların genetik xüsusiyyətləri, damazlıq heyvanların yetişdirilməsinə təsir edən əsas amillər, düzgün idarəetmə sisteminin qurulması və vaksinasiya prosesi barədə ətraflı məlumat verilib. Sonda təlim iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirilib, onların sualları cavablandırılıb.


HETİ-də "Damazlıq heyvanların genetik xüsusiyyətləri, saxlanılması, yetişdirilməsi və yemləndirilməsi" mövzusunda təlim keçilibHETİ-də "Damazlıq heyvanların genetik xüsusiyyətləri, saxlanılması, yetişdirilməsi və yemləndirilməsi" mövzusunda təlim keçilib