ADA və Bolonya Universitetinin nümayəndələri HETİ-də olublar

Azərbaycan Diplomatik Akademiyası (ADA) və İtaliyanın Bolonya Universitetinin nümayəndələri Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda olublar. İnstitutun direktoru Mahir Hacıyev ilk öncə nümayəndə heyətinə institutun fəaliyyət istiqaməti, aparılan elmi-tədqiqat işləri və icra edilən layihələr barədə məlumat verib. O, bildirib ki, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu öz fəaliyyət istiqamətini beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsinə və bu istiqamətdə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir. Görüşdə bildirilib ki, ADA-da yeni yaradılan “Kənd təsərrüfatı və qida elmi” fakültəsi ilə qarşılıqlı əməkdaşlıq və kadr hazırlığının təşkili çox böyük əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Bolonya Universitetinin professorları Matteo Vittuari, Massimiliano Petracci və Luca Dondini HETİ ilə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb, institutda aparılan elmi tədqiqat işlərində maraqlı olduqlarını dilə gətiriblər.
Daha sonra qonaqlar institutun müasir avadanlıq və cihazlarla təchiz olunmuş laboratoriyaları, yardımçı təsərrüfatdakı şərait və yeni tikilən heyvandarlıq kompleksi ilə tanış olublar.

ADA və Bolonya Universitetinin nümayəndələri HETİ-də olublarADA və Bolonya Universitetinin nümayəndələri HETİ-də olublar