Çexiyada şirkətlərlə görüşlər davam edir

Heyvandarlıq Elmi Tədqiqat İnstitunun (HETİ) direktoru Mahir Hacıyev Çexiyaya səfəri çərçivəsində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən İmpuls şirkəti ilə görüşlər keçirilən zaman onların tabeliyində olan bir neçə fermada olub. Həmin fermalarda heyvanların yaşlar üzrə bəslənməsinə dair məsələlərə izahı ilə müşahidə edilib və ümumi Çexiya Respublikasında damazlıq heyvanlar üçün sürü dövriyyəsi, zootexniki təminat və bununla yanaşı baytar-sanitar profilaktiki tədbirlərin aparılmasına dair elektron sistemlərlə tanış olub.
Daha sonra Çexiyanın Brno şəhərindəki süd laboratoriyası ilə tanışlıq keçirilib. Burada Çexiya Respublikasında ümumi qayda olaraq sənaye südçülük komplekslərindən əldə olunan südün ümumi biokimyəvi və mikro-bioloji analizinin (yağ, protein, quru maddə və s.) aparılması prosesinə baxılıb.
Ümumilikdə İmpuls şirkəti ilə birgə müqavilələrin imzalanmasına dair danışıqlar aparılıb.

Çexiyada şirkətlərlə görüşlər davam edirÇexiyada şirkətlərlə görüşlər davam edir