Çexiya ilə heyvandarlıq sahəsində əməkdaşlıq genişləndirilir

Heyvandarlıq Elmi Tədqiqat İnstitunun (HETİ) direktoru Mahir Hacıyev Çexiyaya səfəri çərçivəsində kənd təsərrüfatı sektorunda tədqiqat fəaliyyəti ilə məşğul olan “Dominant Genetika”, “Brunthaller” şirkətlərinin, “Breeding Cooperative İmpuls” kooperativinin və “Lihen Studenec” İnkubasiya Mərkəzinin nümayəndələri ilə görüşüb. “Dominant Genetika” şirkətinin sahibi Dr. Milan Tyller tərəfindən şirkətin damazlıq təsərrüfatına ekskursiya təşkil olunub və burada inkubasiya texnologiyası ilə tanışlıq olub.
Şirkətdə yeni və müasir tələblərə cavab verən inkubator stansiyaasının təchiz olunması göstərilib və burada ətlik-yumurtalıq dominant cinsli quşların yumurtalarının inkubasiya prosesini və cücələrin alınma prosesi praktiki olaraq göstərilib.
Qonaqlar ətlik-yumurtalıq cinsləri fermer təsərrüfatlarında əhəmiyyətli olduğu üçün onların alınmasında istifadə edilən seleksiya proqramları ilə tanış edilib. Belə ki, proqramdan istifadə edilmə haqqında məlumat verilib və gələcəkdə həmin şirkətlə institut arasında müştərək müqavilələrin imzalanması, bununla Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun bazasında birinci dəfə reproduktor təsərrüfatının yaradılması istiqamətində danışıqlar aparılıb.

Çexiya ilə heyvandarlıq sahəsində əməkdaşlıq genişləndirilirÇexiya ilə heyvandarlıq sahəsində əməkdaşlıq genişləndirilir