HETİ “ISO 9001:2015” - “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq sertifikatını əldə edib

HETİ “ISO 9001:2015” - “Keyfiyyəti idarəetmə sistemi” beynəlxalq sertifikatını əldə edib

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) 2022-ci ilin sentyabr ayından etibarən idarəetməni təkmilləşdirmək, standartlara uyğun idarəetmə prosesini təmin etmək və görülən işlərin keyfiyyətini yüksəltmək məqsədilə beynəlxalq ISO 9001:2015 - “Keyfiyyəti idarəetmə sistemi” standartının tələblərinə uyğun sənədləşməni və digər müvafiq prosedurları icra etmək üçün işçi qrup fəaliyyətə başlayıb. Bu ilin iyul ayında isə "Kiwa NV" sınaq, yoxlama və sertifikatlaşdırma üzrə Avropa qurumunun əməkdaşları tərəfindən standartın tələblərinə uyğunluğun yoxlanılması üçün yekun audit yoxlanışı aparılıb.