Heyvandarlıqla bağlı yeni təlim keçilib.

Heyvandarlıqla bağlı yeni təlim keçilib.
Kənd Təsərrüfatı Nazirliyinin təlim planına uyğun olaraq 31.08.2023-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Elm" şöbəsinin müdiri Yasin Gözəlov tərəfindən "Müasir dövrdə heyvanların indentifikasiyasının aparılması qaydaları" mövzusunda təlim keçilib. Təlimdə DAİM-lərin heyvandarlıq sektorları əməkdaşları iştirak edib.
Təlim zamanı ənənəvi identifikasiya üsulları, elektron identifikasiyada dəri altına vurula bilən mikroçiplər, biometrik identifikasiya, iri komplekslərdə indentifikasiya sisteminin tətbiqi və əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib, geniş məzmunlu təqdimat nümayiş etdirilib.
Daha sonra mövzu ilə əlaqəli qısa videoçarx nümayiş etdirilib.
Sonda təlim iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirilib, onların sualları cavablandırılıb.

Heyvandarlıqla bağlı yeni təlim keçilib.Heyvandarlıqla bağlı yeni təlim keçilib.