HETİ, KOTRA Bakı nümayəndəliyi və institutun tərəfdaşlıq barədə danışıqlar apardığı bir neçə Cənubi Koreya şirkətinin əməkdaşları ilə birgə onlayn görüş keçirilib.

HETİ, KOTRA Bakı nümayəndəliyi və institutun tərəfdaşlıq barədə danışıqlar apardığı bir neçə Cənubi Koreya şirkətinin əməkdaşları ilə birgə onlayn görüş keçirilib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu, KOTRA Bakı nümayəndəliyi və institutun tərəfdaşlıq barədə danışıqlar apardığı bir neçə Cənubi Koreya şirkətinin əməkdaşları ilə birgə onlayn görüş keçirilib. Görüşdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Beynəlxalq əlaqələr və İKT" şöbəsinin müdiri Aytən Əliyeva, KOTRA Bakı nümayəndəliyinin əməkdaşı Teymur Musayev, "Inpro" şirkətinin icraçı direktoru Seung Hyouk Choi və "Whybiz" şirkətinin əməkdaşı Seung Back Jung iştirak edib. Seung Hyouk Choi hazırladıqları ağıllı ferma sistemləri, Seung Back Jung isə suvarma texnologiyaları barədə ətraflı məlumat veriblər. Seung Hyouk Choi bildirib ki, "Inpro" şirkətinin hazırladığı SmartFarm texnologiyası Cənubi Koreyada 500-ə yaxın təsərrüfatda uğurla tətbiq olunub və onlar sözügedən məhsulları Cənubi Koreyadan sonra ilk olaraq məhz Azərbaycan bazarında tanıtmaq və satışı ilə məşğul olmaq istəyirlər. Görüşdə həmçinin, qarşılıqlı əməkdaşlığın üstün tərəfləri və təmin edəcəyi faydalar müzakirə edilib.

HETİ, KOTRA Bakı nümayəndəliyi və institutun tərəfdaşlıq barədə danışıqlar apardığı bir neçə Cənubi Koreya şirkətinin əməkdaşları ilə birgə onlayn görüş keçirilib.HETİ, KOTRA Bakı nümayəndəliyi və institutun tərəfdaşlıq barədə danışıqlar apardığı bir neçə Cənubi Koreya şirkətinin əməkdaşları ilə birgə onlayn görüş keçirilib.HETİ, KOTRA Bakı nümayəndəliyi və institutun tərəfdaşlıq barədə danışıqlar apardığı bir neçə Cənubi Koreya şirkətinin əməkdaşları ilə birgə onlayn görüş keçirilib.