Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.

Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.
09 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Avstraliyanın Kvinzlənd Universiteti arasında onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, elmi işlər üzrə direktor müavini Aidə Əsgərova, ümumi işlər üzrə direktor müavini Fərid Dünyamalıyev, “Beynəlxalq əlaqələr və İKT” şöbəsinin müdiri Aytən Əliyeva, Avstraliyanın Kvinzlənd Universitetinin Kənd Təsərrüfatı və Heyvan Elmləri fakültələrinin nümayəndələri Maykl Oşea, Oliver Fris və Tim Mahoni iştirak edib.
Görüş zamanı Kənd Təsərrüfatı Nazirliyinin 2024-2026-ci illər üçün Strateji Yol Xəritəsi çərçivəsində iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, bu istiqamətdə yerinə yetirilə biləcək tədqiqat işləri, birgə layihələr, təcrübə və kadr mübadiləsi, əməkdaşlığın verəcəyi töhfələr və s. mövzular barədə geniş müzakirə aparılıb, tərəflərin təklifləri dinlənilib və əməkdaşlığın növbəti mərhələsi üçün əsas prioritetlər müəyyən edilib.

Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.
Avstraliyanın Kvinzlənd Universiteti ilə onlayn görüş keçirilib.