24 sentyabr 2024-cü ill tarixində Göygöl rayon Gənclər Evində Cənubi Koreyanın Azərbaycandakı Səfirliyi və KOTRA Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və RİY tərəfdaşlıq forumu” keçirilib.
Forumda Koreyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini xanım Youkyoung Hwang, KOICA Azərbaycan Ofisinin Ölkə Direktoru xanım Hwanq Su Lim, “Inpro” şirkətinin icraçı direktoru Seung Hyeok Choi və “Whybiz” şirkətinin əməkdaşı Seung Back Jung, Azərbaycan Respublikası Kənd Təsərrüatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Azərbaycan Dövlət Aqrar Universitetini rektoru Zəfər Qurbanov, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov,
Koreya Ticarət İnvestisiya Təşviqi Agentliyinin (KOTRA) direktoru, cənab Chungsung Ko, LG Yonam Kollecinin professoru, doktor Sun Jo Choi və digər rəsmilər iştirak edib.
Forumu giriş sözü ilə Koreyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini xanım Youkyoung Hwang açıb. O, forum təşkilatçılarını və qonaqları salamlayıb, ölkələrarası əməkdaşlığın önəmi və kənd təsərrüfatı sahəsində aparılan birgə işlərin, xüsusi ilə COP29 çərçivəsində yerinə yetirilən layihhələrin əhəmiyyətindən bəhs edib. Daha sonra KOICA Azərbaycan Ofisinin Ölkə Direktoru xanım Hwanq Su Lim çıxış edərək icra edilən layihələr, əməkdaşlığın perspektivləri barədə danışıb, təmsil etdiyi qurumun bu qəbildən olan əməkdaşlıqlara dəstək olmağından məmnunluğunu ifadə edib.
Sonra çıxış üçün söz Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyevə verilib. Mahir Hacıyev Cənubi Koreya ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında qurulan əməkdaşlıq əlaqələrindən söz açıb, bildiri ki, 3 şirkətin daxil olduğu konsorsiumla institut arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində institutun heyvandarlıq kompleksində icra edilən “Smart müşahidə sistemləri və sürü idarəetməsi” layihəsi uğurla davam etdirilir və təkmilləşdirmələr aparılır.
Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetini rektoru Zəfər Qurbanov çıxış edib. Zəfər Qurbanov çıxışı zamanı Cənubi Koreya universitetləri ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında mübadilə və ikili diplom proqramlarından bəhs edib. O, qeyd edib ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də qarşılıqlı əlaqələrin qurulması, Cənubi Koreyanın təcrübəsini öyrənmək və tətbiq etmək hər iki tərəf üçün böyük perspektivlər vəd edir və yaxın gələcəkdə bu əlaqələr öz töhfəsini verəcək.
Sonra söz Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimova verili. O da öz növbəsində kənd təsərrüfatı sahəsində Cənubi Koreya kimi ölkənin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb, bu sahədə görüləcək işlərin faydalılığından bəhs edib.
Sonra çıxış edən Koreya Ticarət İnvestisiya Təşviqi Agentliyinin (KOTRA) direktoru cənab Chungsung Ko da öz növbəsində forum iştirakçılarını salamlayıb, ölkələrası əməkdaşlığın önəmindən danışıb, KOTRA Bakı nümayəndəliyinin yerinə yetirilən layihələrə daim dəstək olduğunu bildirib.
“Inpro” şirkətinin icraçı direktoru Seung Hyeok Choi və “Whybiz” şirkətinin əməkdaşı Seung Back Jung da çıxış edərək şirkətlərinin heyvandarlıq və suvarma sahəsində təqdim etdikləri innovativ texnologiyalar və onların tətbiq sahələri barədə təqdimat nümayiş etdiriblər.
Sonda isə LG Yonam Kollecinin professoru, doktor Sun Jo Choi çıxış edib, aparılan tədqiqat işləri, əldə edilən nəticələr, mütərəqqi texnologiyaların inteqrasiyası və sözügedən yeniliklərin kənd təsərrüfatına qazandıracağı uğurlar barədə danışıb.
Forum iştirakçıları maraqlandıran sualların müzakirəsi ilə davam edib.