İnstitut əməkdaşlarının məqalələri beynəlxalq jurnalda dərc edilib.

İnstitut əməkdaşlarının məqalələri beynəlxalq jurnalda dərc edilib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları Şairə Quliyeva, Kənən Məmmədov və Elmira Əliyevanın müəllifi olduqları "Quşçuluğun inkişafı üçün çatışmazlıqların aradan qaldırılması" məqaləsi Belarus Dövlət Aqrar Texniki Universiteti, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu və Kənd Təsərrüfatı Kadrlarının Yenidən Hazırlanması və Təkmilləşdirilməsi İnstitutu tərəfindən təşkil edilmiş "İnnovativ inkişaf şəraitində aqrosənaye kompleksi: elm, texnologiyalar və kadr təminatı" mövzusunda keçirilən I Beynəlxalq elmi-praktik konfransın elmi məqalələr məcmuəsində, "Quş yemlənməsində alternativ yem kimi ördəkotundan istifadə" adlı məqalə isə Slovakiya Beynəlxalq Elmi Jurnalında dərc edilib.