“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans

“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans
“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ”
COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Respublikamızda keçirilməsi ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək “İqlim dəyişikliyinin dayanıqlı heyvandarlığın inkişafına təsiri” adlı beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Konfransın plenar iclasında Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq ETİ-nin direktoru Siala Rüstəmova, Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru İbrahim Cəfərov, Tərəvəzçilik ETİ-nin direktoru Elmar Allahverdiyev, AMEA-nin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, Naxçıvan Muxtar Respublikasının Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Günel Seyidzadə, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbi direktoru Asəf Ömərov, Azərbaycan Texnologiya İnstitutunun "Qida mühəndisliyi fakültəsinin" dekanı Mehman İsmayılov, Türkiyə Respublikasının Aksaray Universitetinin “Baytarlıq” fakültəsinin dekanı Tahir Karaşahin o cümlədən, kənd təsərrüfatı mütəxəssisləri, bölgələrdən olan fermer və sahibkarlar iştirak ediblər.
Konfransda giriş sözü ilə çıxış edən Heyvandarlıq İnstitutunun direktoru Mahir Hacıyev qeyd edib ki, COP29 kimi mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfüzundan xəbər verir. Kənd təsərrüfatı sektoru, qlobal iqlim dəyişikliyinin təsirlərinə ən həssas sahələrdən biridir. İqlim dəyişikliyi məhsul istehsalı, torpaq məhsuldarlığı, su təchizatı və kənd təsərrüfatı ekosistemləri üzərində böyük təsirlərə malikdir. Buna görə də, kənd təsərrüfatının iqlim dəyişikliyinə qarşı dayanıqlılığını artırmaq üçün bir sıra tədbirlər və strategiyalar tətbiq olunur.
Plenar iclasda qonaqlar iqlim dəyişiklikləri və heyvandarlığın əlaqəsi, dayanıqlı heyvandarlıq təcrübələri, texnologiya və yeniliklər, politika və qanunvericilik, iqtisadi və sosial təsirlər barədə məzmunlu çıxışlar edib. Konfransın verəcəyi töhfələr müzakirə edilib, onun əhəmiyyəti vurğulanıb və konfransın işinə uğurlar arzulanıb.
Daha sonra konfrans “Heyvan genofondunun qorunub saxlanması, istiliyə dözümlü yeni heyvan tiplərinin və cinslərinin yaradılması” mövzulu sessiya üzrə bölmə iclası davam edib.
Sessiyada Rusiya Federasiyasının Knyaginya Universitetinin dosenti Vladimir Neçayev, Belarus Dövlət Aqrar-Texniki Universitetinin dosenti İvan Koronets, Türkiyə Qars Qafqaz Universitetinin professoru Yavuz Öztürklər, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin direktoru Asəf Ömərov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun dosenti Qafar Məmmədov, laboratoriya müdirləri Tural Abbasov və Rəşad Məhərrəmov müxtəlif aktual mövzular üzrə geniş təqdimat və məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, konfrans 2 gün davam edəcək.

“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans“İQLİM DƏYİŞİKLİYİNİN DAYANIQLI HEYVANDARLIĞIN İNKİŞAFINA TƏSİRİ” COP29 çərçivəsində beynəlxalq elmi-praktiki konfrans