Heyvandarlıqla bağlı növbəti təlim keçirilib.

Heyvandarlıqla bağlı növbəti təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin təlim planına uyğun olaraq 04.06.2024-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Elm" şöbəsinin müdiri Yasin Gözəlov tərəfindən "İribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılmasında biotexnoloji üsullardan istifadənin təkmilləşdirilməsi" mövzusunda təlim keçirilib. Təlimdə DAİM-lərin heyvandarlıq sektorları əməkdaşları iştirak edib.
Təlim zamanı mövzu barədə ətraflı məlumat verilib, geniş məzmunlu təqdimat nümayiş etdirilib. Daha sonra təlim iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Heyvandarlıqla bağlı növbəti təlim keçirilib.Heyvandarlıqla bağlı növbəti təlim keçirilib.