“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.

“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.
29 may 2024-cü ildə Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Azərbaycan Standalaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə “Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda çıxış edən HETİ-nin direktoru Mahir Hacıyev qeyd edib ki, hər bir sahədə olduğu kimi kənd təsərrüatında, xüsusilə də heyvandarlıqda standartlardan istifadə olduqca vacibdir. Bu proses həm heyvan sağlamlığı, həm də iqtisadiyyat baxımından vacibdir. Bu standartlar istehsal prosesi zamanı gigiyena, qidalanma, genetik amillər və ətraf mühit şəraitini tənzimləyir. Eyni zamanda qeyd edib ki,İnstitut tərəfindən hazırlanan standartla bir çox fermalarda bir başa tətbiq olunmaqdadır.

“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru Kamil Fətəliyev çıxış edərək konfransın vacibliyindən, bu sahədə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nailliyyətlərinin önəmindən söz açıb, qeyd edib ki, bu sahədə qazanılan hər bir uğur Azərbaycan elminin uğrudur və bu bizim hər birimizi sevindirir.

Tədbirdə Azərbaycan Standalaşdırma İnstitutunun “Aqrar və qida sənayesinin standartlaşdırılması” şöbəsinin müdiri Bayram Əliyev "Heyvandarlıqda standartlaşdırmanın əhəmiyyəti", Azərbaycan Standalaşdırma İnstitutunun “Məhsulların və xidmətlərin sertifikatlaşdırılması” şöbəsinin müdiri Habil Hümbətov "Azərbaycan Standartlaşdırma İnstitutunun fəaliyyəti", Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun “Elm” şöbəsinin müdiri Yasin Gözəlov isə “Heyvandarılq ETİ-də fəalliyyət göstərən standartlaşdırma üzrə texniki komitənin gördüyü işlər” mövzusunda təqdimat və məruzə ilə çıxış ediblər.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonra konfrans iştirakçıları institutun nəzdindəki laboratoriyalar və heyvandarlıq komplekslərinə baxış keçiriblər.

“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.“Yerli heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması: İstehsal və ixrac” mövzusunda elmi-praktiki konfrans keçirilib.