Ağcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilib

Ağcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilib

Ağcəbədi rayonunda Qaradolaq qoyunların yayılma arialının müəyyən edilməsi və qoyunların yetişdiriməsi ilə məşğul olan sahibkarların təsərrüfatlarında baş sayının dəqiqləşdirilməsi ilə əlaqədar olaraq baxış keçirilib. Ağcabədi rayonunun Hacıbədəlli kəndində, Qaradolaq kəndində, Yeni Qaradolaq kəndində, Cəfərbəyli kəndində ümumiyyətlə, digər kəndlərdə də Qaradolaq qoyunları geniş yayılıb.
Baxışın keçirilməsində əsas məqsəd Qaradolaq qoyunlarının gələcəkdə cins kimi təsdiq edilməsidir. Bu məqsədlə qoyunların qiymətləndirilməsi aparılıb, bədən ölçüləri (cidov hündürlüyu, Sağrının hündürlüyü, döşün dərinliyi, bədənin düz uzunu, bədənin çəp uzunu və s.) götürülüb və məhsuldarlıq göstəriciləri (canlı kütlə, yun, süd və balavermə qabiliyyəti) qeyd edilib. Qiymətləndirmənin nəticəsi olaraq müəyyən edilib ki, baxış keçirilən sürülərdə qoyunlar eyni əlamətləri daşımaqla Qaradolaq tipinin tələblərinə uyğundur.


Ağcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilibAğcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilibAğcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilibAğcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilibAğcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilibAğcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilibAğcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilibAğcəbədi rayonunda qoyunçuluq təsərrüfatlarına baxış keçirilib