HETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilib

HETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilib

14 may 2024-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Çex Respublikasının “CZ Dominant Genetika” şirkətinin birgə təşkilatçılığı ilə “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru Mahir Hacıyev ölkədə quşçuluğun mövcud vəziyyəti, damazlıq quşçuluq, onun əhəmiyyəti və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyindən danışıb.
Daha sonra “Müsüslü Quşçuluq” MMC-nin direktoru Qiyas Hüseynov çıxış edərək rəhbərlik etdiyi təsərrüfatda aparılan işlər, orada yetişdirilən müxtəlif toyuq cinsləri və onların damazlıq xüsusiyyətləri barədə məlumat verib.
Sonra söz müstəqil quşçuluq eksperti İlham Yaqubova verilib. İlham Yaqubov da öz növbəsində tədbirin əhəmiyyətini vurğulayıb, həmçinin damazlıq quşların genetik sağlamlığının qorunması üsulları və yüksək məhsuldar damazlıq quşların seçilməsi və yetişdirilməsindən danışıb.
Sonda isə çıxış və təqdimat üçün söz verilən Çex Respublikasının “CZ Dominant Genetika” şirkətinin rəhbəri Milan Tyller ilk öncə tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə olmağından və belə əhəmiyyətli tədbirdə iştirakından məmnunluğunu ifadə edib. Sonra “CZ Dominant Genetika” şirkəti barədə məlumat verən Milan Tyller bildirib ki, şirkət yumurtalıq və qarışıq istiqamətli məhsuldar quş cinslərinin yetişdirilməsində ixtisaslaşıb və mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq proqramları yerli və dünya bazarlarına təqdim edilir.
Daha sonra Milan Tyller tərəfindən Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarını təqdimatı keçirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib və geniş diskussiya aparılıb.
Tədbirdən sonra Milan Tyllerə institutun quşçuluq təsərrüffatında yetişdirilən müxtəlif cins damazlıq quşlar nümayiş etdirilib.


HETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilibHETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilibHETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilibHETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilibHETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilibHETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilibHETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilibHETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilibHETİ-də “Çex mütəxəssislərin hazırladığı quşçuluqda damazlıq yetişdirmə proqramlarının təqdimatı” keçirilib