HETİ-də törədici buğalar yetişdirilib

Heyvandarıq Elmi Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında AZ 35 4113 inventar nömrəli Holşteyn-Friz və 2820 inventar nömrəli Şvis cinsindən olan törədici buğalar yetişdirilmişdir.
Holşteyn-Friz cinsindən olan törədici buğa 26 aylıq yaşda olmaqla canlı kütləsi 920 kq, cidov hündürlüyü 168 sm, sağrı hündürlüyü 160 sm, bədənin çap uzunu 165 sm, döş qucumu 225 sm-dir. Anasının süd məhsuldarlığı laktasiya ərzində 10000-12000 litr təşkil edir.
Şvis cinsindən olan törədici buğa 23 aylıq yaşda olmaqla canlı kütləsi 840 kq, cidov hündürlüyü 155 sm, sağrı hündürlüyü 150 sm, bədənin çap uzunu 160 sm, döş qucumu 210 sm-dir. Anasının süd məhsuldarlığı laktasiya ərzində 8500-9000 litr təşkil edir.
Cinslər standarta tam cavab verir.
Törədicilərdən keyfiyyətli toxum almaq üçün istifadə etmək olar.


HETİ-də törədici buğalar yetişdirilib
HETİ-də törədici buğalar yetişdirilib