Yevlax şəhərində Aqrar Biznes Festivalı keçirilib

29.02.2024-cü il tarixində Yevlax şəhərində İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə keçirilən festivalda respublikanın bir çox rayonlarından olan fermerlər iştirak edib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu tərəfindən fermerlərə "Flow Hive" tipli müasir tipli yeni nəsil arı yeşikləri, heyvandarlıqda istifadə olunan qeyri ənənəvi yem bitkisi olan "Maralfalfa" bitkisi, biohumus (soxulcan gübrəsi), məlumatlandırıcı buklet, tövsiyyələr, təlimat və kitablar eyni zamanda fermerlərə göstərilən xidmətlər nümayiş olunub.
Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib. Aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsulları ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri nümayiş olunub və festival iştirakçıları Nazirliyin tabeli qurumlarının fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırılıb.


Yevlax şəhərində Aqrar Biznes Festivalı keçirilibYevlax şəhərində Aqrar Biznes Festivalı keçirilibYevlax şəhərində Aqrar Biznes Festivalı keçirilibYevlax şəhərində Aqrar Biznes Festivalı keçirilibYevlax şəhərində Aqrar Biznes Festivalı keçirilibYevlax şəhərində Aqrar Biznes Festivalı keçirilib