HETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olub

22.02.2024-cü il tarixində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) bölgə arıçıları ilə görüş keçirilib. Görüşdə arıçılığın inkişaf istiqamətləri, arıçılıqda müasir yanaşmalar və mövcud problemlərdən söhbət açılıb. Görüşdə Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Qocayev, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları, Elmi Tədqiqat İnstitutlarının mütəxəssisləri, ADAU, ATU-nun professor-müəllim heyəti, KOBİA-nın bölgə nümayəndələri, Gəncə, Göygöl, Qəbələdə yerləşən peşə məktəblərinin əməkdaşları və arıçılar iştirak ediblər.
Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə yaradılmış “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olub. Tədbiri giriş sözü ilə açan HETİ-nin direktoru Mahir Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına öz təşəkkürünü bildirib, ölkəmizdə arıçılıq sahəsində aparılan işlərin, görülən tədbirlərin intensivliyini vurğulayıb, təlim-tədris mərkəzində aparılacaq təlimlər, görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra çıxış edən BQXK-nın İqtisadi Təhlükəsizlik proqramının meneceri Almas Həsənova, proqramın aqronomları Rauf Əliyev və Əhməd Əliyev, Bərdə alt-nümayəndəliyinin rəhbər müavini Xudaverdi Rzayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə-Qazax regional koordinatoru Anar Əliyev layihənin əhəmiyyəti haqqında danışıblar.
Sonda tədbir iştirakçıları Mərkəzlə yaxından tanış olublar.


HETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olubHETİ-də “Arıçılıq Təlim-Tədris Mərkəzi”nin açılışı olub