ISO 9001:2015

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN HEYVANDARIQ ELMİ TƏDQİQAT İNSTİTUTUNUN KEYFİYYƏT SAHƏSİNDƏ SİYASƏTİ - ISO 9001:2015



KEYFİYYƏT SİYASƏTİMİZ:
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun keyfiyyət sahəsində siyasəti ixtisaslı və motivasiyalı kadrları olmasına, inkişaf etməsinə və aparılan tədqiqat təşkilatı kimi görülən işlərin nəticələrinə əsaslanır.


STRATEJİ MƏQSƏDİMİZ:
Heyvandarlıq sahəsində elmi tədqiqat, elmi nailiyyətlərin tətbiqi və elmi kadrların hazırlanması xidmətlərinin göstərilməsi üzrə bazarda lider mövqe tutmaq, vicdanlı, etibarlı və uzunmüddətli tərəfdaş kimi reputasiya qazanmaqdır.


KEYFİYYƏT SAHƏSİNDƏKİ NİYƏTLƏRİ HƏYATA KEÇİRMƏK ÜÇÜN TƏŞKİLATIN RƏHBƏRLİYİ AŞAĞIDAKI ÖHDƏLİKLƏRİ ÜZƏRİNƏ GÖTÜRÜR:
- irəli sürülən tələblərə riayət etmək;
- keyfiyyət idarəetmə sistemini daimi təkmilləşdirmək;
- keyfiyyət sahəsində siyasətə və məqsədlərə zidd qərarlar qəbul etməmək və hərəkətlərə yol verməmək;
- təşkilatın fəaliyyətinin həyata keçirilməsində məqsədlərin vəhdətini təmin etmək;
- məqsədlərə çatmaq üçün resursları müəyyən edərək təmin etmək;
- bütün proseslərdə işçilərin məsuliyyətini və səlahiyyətlərini aydın şəkildə bölüşdürmək;
- hər bir işçinin öz qabiliyyətlərini reallaşdıra bilən, şöbəsinin (təşkilatın) fəaliyyətinin təkmilləşdirməsində maraqlı olan və tapşırılan işdən və onun qiymətləndirilməsindən məmnunluq ala biləcək daxili mühiti və müvafiq şəraiti təmin etmək.

ƏSAS FƏALİYYƏT PRİNSİPLƏRİ:
- bütün şöbələrin qarşıya qoyulan məqsədlərə nail olmaq üçün istiqamətləndirilməsi;
- effektiv qərarlar qəbul etmək üçün məlumatların dərin və sistemli təhlili;
- riskə əsaslanan düşüncənin tətbiqi;
- işin keyfiyyətinin müştəri məmnuniyyətinin dərəcəsi ilə qiymətləndirilməsi;
- mütəxəssislərin hazırlanması və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, işçilər arasında institutun yüksək nüfuzunun və hər bir işçinin maddi rifahının ən mühüm amil olması barədə anlayışın formalaşdırılması.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun 23 iyun 2022-ci il tarixində Elmi texniki şurasının Qərarı ilə təsdiq edilmişdir.

Qeyd: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun keyfiyyət sahəsində siyasəti haqqında məlumat İnstitutun saytında və sosial şəbəkədəki səhifəsində yerləşdirilməli və bütün işçilər sözügedən məlumatla tanış edilməlidir.