
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə HETİ-nin "Arıçılıq" Mərkəzinin əməkdaşı Anar Cəfərov tərəfindən Ağdaş DAİM və Göyçay DAİM-də "Yüksək məhsuldar qaba yem bitkilərinin istehsalı texnologiyaları" mövzusunda təlim keçiləcək. İştirak etmək istəyən fermer və sahibkarlar müvafiq rayon DAİM-ləri ilə əlaqə saxlaya bilərlər.