
Tut ipəkqurdunun yaz yemlənməsinin başlanması ilə əlaqədar olaraq yeni çəkil tinglərinin əkilməsinə start verilib. Daha sonra Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun “Tut ipəkqurdunun seleksiyası” laboratoriyasının əməkdaşları tərəfindən tut ipəkqurdu qrenalarının saxlanması üçün olan torbacıqların sabunlanmasına, daha sonra qurudularaq tikilməsinə həmçinin, tut ipəkqurdunun yemləndirilməsi üçün qutuların hazırlanmasına da başlanılıb.






