16.03.2022-ci il tarixində Ağdaş Yem Emalı Fabriki və Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında sənaye üsulu ilə hazırlanmış yemlərin keyfiyyətinin yaxşılaşdırılması, sınaqların aparılması, tövsiyələrin verilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.
Anlaşma memorandumunun əsas məqsədi ikitərəfli dialoqlar yaratmaq və yem istehsalı sahəsində əməkdaşlığın inkişafına və gücləndirilməsinə çalışmaq, sənaye üsulu ilə hazırlanmış yemlərdən istifadə etməklə məhsuldarlığın artırılması sahəsində təcrübə mübadiləsini həyata keçirmək, kənd təsərrüfatı heyvanları üzərində təcrübə-sınaq tədqiqatları aparmaq, bütün heyvandarlıq sektorlarında qarşılıqlı faydalı əməkdaşlıq etmək, həmçinin tərəflərin öz müəssisələri arasında birgə layihələrin inkişafını dəstəkləməkdir.
Ağdaş Yem Emalı Fabriki və Heyvandarlıq Elmi Tədqiqat İnstitutu həmçinin, Ağdaş Yem Emalı Fabrikində istehsal olunan yemlərin keyfiyyətinə nəzarət, təcrübə mübadiləsinin həyata keçirilməsi, intensiv heyvandarlığın inkişafı üçün yemlərdən istifadə qaydalarının fermerlərə təbliğ olunması, sənaye yemlərindən istifadənin artırılması sahəsindəki layihələrə investisiyaların qoyulmasının həvəsləndirilməsi, beynəlxalq institutlarla əməkdaşlığın qurulması, dünya təcrübəsinin və standartlarının tətbiqinin dəstəklənməsi sahələrində birgə fəaliyyət göstərəcəklər.

EN