Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun kollektivinə ağır itki üz verib.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun kollektivinə ağır itki üz verib.
Azərbaycan elminə, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun kollektivinə ağır itki üz verib. İnstitutun əməkdaşı a.e.f.d., dosent Fizuli Mirzəyev vəfat edib.
Fizuli Mirzəyev 13 mart 1954-cü ildə Şəmkir şəhərində anadan olub.
Fizuli Mirzəyev 1971-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Zootexniya" fakültəsinə daxil olmuş və 1976-cı ildə həmin institutu bitirmişdir.
1976-1980-ci illərdə Abşeron rayonunun Giləzi quşçuluq fabrikində və Şəmkir İnqubator Quşçuluq Stansiyasında sex müdiri vəzifəsində işləmişdir.
1980-1983-cü illərdə Moskva vilayətinin Zaqorsk şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Texnoloji Quşçuluq İnstitutunun aspiranturasında təhsilimi davam etdirmişdir.
1985-ci ildə Zaqorsk şəhərində namizədlik dissertasiyasını müdafiə etmişdir.
1984-cü ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
1985-1988-ci illərdə Bakı Quşçuluq Fabrikində sex müdiri, 1988-1992-ci illərdə Bakı Plan-Uçot texnikumunda müəllim və 1992-1993-cü illərdə Abşeron rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində işləmişdir.
1993-2003-cü illərdə Gəncə Ət kombinatının yardımçı təsərrüfatının direktoru vəzifəsində çalışmışdır.
2003-2008-ci illərdə Şəmkir Quşçuluq Fabrikinin icraçı direktoru olmuşdur.
2011-ci ildə Türkiyə Respublikasında FAO-nun xəttilə “Heyvan genofondunun qorunub saxlanması" mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Respublikanın iri quşçuluq təsərrüfatlarında məsul vazifələrdə çalışmışdır.
2009-cu ildən 2015-ci ilədək F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.
2015-ci ildən 2021-ci ilin əvvəlinədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, daha sonra isə həmin institutun aparıcı elmi işçisi vəzifəsində çalışıb.
Fizuli Mirzəyev 300 səhifəlik kitabın həmmüəllifi, 2 tövsiyə və 70-dən çox elmi əsərin müəllifidir.
Fizuli Mirzəyev ömrünün 42 ilini kənd təsərrüfatı və elm sahəsinə həsr edib.
Elmi-fəaliyyəti dövründə bütün kollektivin hörmətini qazanmış, səmimi insan, böyük elm adamı Fizuli Mirzəyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət etsin.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun kollektivinə ağır itki üz verib.