Şahin quşlarının mühafizəsi və yetişdirilməsi üzrə ekspert baxışı
18 sentyabr 2026-cı il tarixində Şamaxı rayonunun Məlhəm kəndində yerləşən “Falcon Center AZ” MMC-nin şahin quşlarının (Falco rusticolus) saxlanılması və yetişdirilməsi üçün yaradılmış kompleksində ekspert qrupu tərəfindən yerində baxış keçirilib.
Baxışda ekspert qrupunun üzvləri — Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin şöbə müdiri İlham Salahov, Xidmətin Bioloji müxtəlifliyin qorunmasının təşkili şöbəsinin məsləhətçisi Zaur Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru,dosent Mahir Hacıyev, ARETN-in Canlı Sistemlərin Tədqiqatı İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent İsgəndərov Teyvür Muxtar oğlu və “Falcon Center AZ” MMC-nin hüquqşünası Rüfət Sadıqov iştirak ediblər.
Baxış zamanı kompleksin infrastrukturu, şahin quşlarının saxlanma və yetişdirilmə şəraiti, təhlükəsizlik, baytarlıq və ekoloji tələblərə uyğunluğu qiymətləndirilib. Müəyyən edilmiş texniki və təhlükəsizlik xarakterli məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.
Əsas məqsəd – şahin quşlarının təhlükəsiz, sağlam və beynəlxalq zoosanitar və ekoloji tələblərə uyğun şəraitdə saxlanılması və yetişdirilməsinin təmin edilməsidir.










EN