2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda 2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub. Tədbirin məqsədi gənclərin ölkənin ictimai-siyasi və elmi həyatında rolunun vurğulanması, institutun gənc əməkdaşlarının fəaliyyətinin stimullaşdırılması və dövlətin gənclər siyasətinin əhəmiyyətinin qeyd olunması olub.
Qeyd edək ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə 1996-cı ilin 2 fevral tarixində keçirilmiş Azərbaycan gənclərinin I Forumunun ildönümü münasibətilə təsis edilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncama əsasən bu tarix Azərbaycan Gəncləri Günü kimi rəsmiləşdirilmişdir. Bu gün gənclərin inkişafına dair dövlət proqramlarının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin davamlı xarakter daşıdığını bir daha nümayiş etdirir.
Tədbirdə İnstitutun direktoru Mahir Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O, Prezident sərəncamları və dövlət proqramlarının gənclərin təhsil, elm və innovasiya sahəsində inkişafına geniş imkanlar yaratdığını vurğulayıb.
Ümumi işlər üzrə direktor müavini Fərid Dünyamalıyev çıxışında gənclərin institutun ictimai həyatında fəal iştirakını yüksək qiymətləndirib, dövlət gənclər siyasətinin gənclərin sosial müdafiəsi və məşğulluğunun gücləndirilməsinə xidmət etdiyini qeyd edib.
Elmi işlər üzrə direktor müavini Aidə Əsgərova çıxış edərək gənclərin elmə cəlb olunmasının dövlətin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, gənc alimlərin innovativ yanaşmalarla institutun elmi potensialına mühüm töhfələr verdiyini qeyd edib.
Eyni zamanda İnstitutun beynəlxalq əlaqələr və İKT şöbəsinin müdiri Aytən Əliyeva çıxışında gənclərin müasir dövrdə informasiya texnologiyaları və beynəlxalq əməkdaşlıq sahəsində inkişafının dövlət tərəfindən dəstəkləndiyini vurğulayıb.
Tut ipəkqurdunun seleksiyası laboratoriyasının müdiri Qafar Məmmədov isə gənclərin kənd təsərrüfatı elmi və seleksiya sahəsində böyük gələcəyə malik olduqlarını qeyd edərək onlara uğurlar arzulayıb.
Tədbirdə gənclər adından Beynəlxalq əlaqələr və İKT şöbəsinin mütəxəssisi Sara Məsimova çıxış edərək gənclərə göstərilən diqqətə görə institut rəhbərliyinə təşəkkür edib və gənclərin institutun inkişafı naminə bundan sonra da fəal çalışacaqlarını bildirib.
Sonda İnstitutun ictimai həyatında fərqlənən bir qrup əməkdaş 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə fəxri fərmanla təltif edilib.
2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib