XI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı Bakıda keçirilib

Peşəkar Arıçılar Birliyi (PAB) tərəfindən təşkil olunan XI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı 24–25 yanvar 2026-cı il tarixlərində Bakı Gənclər Mərkəzində uğurla baş tutub.
Konfransda Azərbaycanla yanaşı, müxtəlif xarici ölkələrdən dəvət olunmuş arıçılıq üzrə mütəxəssislər, peşəkar arıçılar və sahə nümayəndələri iştirak ediblər. Tədbir arıçılıq sahəsində müasir yanaşmaların müzakirəsi, elmi-praktiki biliklərin paylaşılması və sektorda əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Konfransda Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və institutun əməkdaşları da iştirak edərək arıçılığın mövcud vəziyyəti, inkişaf perspektivləri və innovativ tətbiqlərlə bağlı aparılan müzakirələrdə fəal iştirak ediblər.
Tədbir çərçivəsində arıçılığın müxtəlif istiqamətlərini əhatə edən mövzularda çıxışlar dinlənilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb və yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanlar yaradılıb.