Yaşıl və Rəqəmsal İpək Yolu

20-21noyabr 2025-ci il tarixdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının final mərhələsinin sərgisi keçirilmişdir.
Sərgidə Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları Yasin Gözəlov, Aytən Səfərova, Əfqan Mehdixanov “AgriTech/AI” süni intelekt layihəsi ilə iştirak etmişlər.
Layihə süni intelektdən istifadə edərək sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün fermer və sahibkarlara kömək və dəstək proqramıdır. Bu proqram fermerlər, sahibkarlar və dövlət orqanları arasında əlaqələrin yaranmasına, məlumatların sürətli, daha çevik çatdırılmasına, yayıla bilən xəstəliklərin dərhal aşkar edilməsinə, profilaktik tədbirlərin aparılmasına, elmi müəsissələrlə çevik əlaqələrin yaradılmasına kömək edə bilər.
Sərgidə layihə uğurla təqdim edilmiş, investisiya və təcrübə mübadiləsi baxımından əməkdaşlıq etmək üçün Bakı şəhərində fəaliyyət göstərən “İnvest Bahceci” şirkət ilə razılıq əldə edilmişdir
Yaşıl və Rəqəmsal İpək Yolu
Yaşıl və Rəqəmsal İpək Yolu