Heyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçirili

Heyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçirili Kənd Təsərrüfatı Nazirliyinin ,Göygöl rayon İcra Hakimiyyətinin , Aqrar İnnovasiya Mərkəzinin dəstəyi, Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Göygöl rayonunda “Heyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçirilib.Konfransın rəsmi hissəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu, İnstitutun rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları, həmçinin müxtəlif elmi-tədqiqat institutlarının rəhbərləri, nazirliklərin nümayəndələri, alim və mütəxəssislər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla anıblar. Daha sonra institutun ərazisində təşkil olunan kənd təsərrüfatı sərgisinə baxış keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub, ardından Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqində Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqları salamlayaraq Göygöl rayonunun aqrar potensialından söz açıb, bölgədə həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Həmçinin genetik seleksiya və biotexnologiyanın heyvandarlıq məhsuldarlığının artırılmasında oynadığı mühüm rolu qeyd edib.
Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxış edərək institutda aparılan tədqiqatlar, genetik xəttlərin təkmilləşdirilməsi və süni mayalanma texnologiyalarının inkişafı barədə məlumat verdi. O, ölkə heyvandarlığının rəqabət qabiliyyətinin yüksəldilməsi üçün elmi yeniliklərin geniş tətbiqinin vacibliyini xüsusi vurğuladı.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın Təşkili və Monitorinqi şöbəsinin sektor müdiri Tərlan Əskərov, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, Vüqar Səlimov, Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi Akademik Həsən Əliyev adına ETİ-nin direktoru, Günel Seyidzadə, Aqrar Problemlər İnstitutunun direktoru, Sədaqət Adıgözəlova, Azərbaycan Dövlət Aqrar Universiteti, Baytarlıq fakültəsinin dekanı, Şəlalə Zeynalova konfransda məruzə ilə çıxış etmişdirlər. Qeyd olundu ki, Azərbaycanda heyvandarlıq məhsuldarlığının artırılmasında biotexnoloji metodların tətbiqinin zəruriliyi ön plana çəkilmişdir. Bildirilmişdir ki, heyvan xəstəliklərinə qarşı mübarizədə, reproduktiv funksiyaların optimallaşdırılmasında və yüksək məhsuldarlıq genlərinin sürətli yayılmasında biotexnologiya həlledici rol oynayır. Bu sahədə investisiyaların artırılması və müvafiq kadr hazırlığının gücləndirilməsi başlıca vəzifə olaraq qeyd edilmişdir. Mütəxəssislər ölkədə seleksiya və genefondun yaxşılaşdırılması üzrə aparılan işlərin müasir elmi prinsiplərə əsaslanaraq intensivləşdirilməsinin vacibliyini vurğulamışdır. Yerli şəraitə uyğun, eyni zamanda yüksək məhsuldar heyvan cinslərinin yetişdirilməsi və mövcud heyvanların genetik potensialının artırılması əsas hədəflərdən biridir. Bu prosesdə müasir genetik identifikasiya üsullarının tətbiqi tövsiyə edilmişdir. Konfransın ən vacib mesajlarından biri qabaqcıl xarici təcrübənin öyrənilməsi və yerli şəraitə adaptasiyası olmuşdur. Çıxış edənlər, heyvandarlıq sahəsində inkişaf etmiş ölkələrin (məsələn, İsrail, Niderland və s.) genetik, seleksiya və biotexnoloji nailiyyətlərinin Azərbaycanda mütləq şəkildə sınaqdan keçirilib tətbiq edilməsinə ehtiyac var.
Rəsmi hissənin ardından konfrans bölmə iclasları ilə davam edib. İki gün davam edəcək konfrans çərçivəsində 25-ə yaxın alim və gənc tədqiqatçının məruzələri dinləniləcək.
Heyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçiriliHeyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçirili
Heyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçiriliHeyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçirili
Heyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçiriliHeyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçirili
Heyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfrans keçirili