Heyvandarlıq sahəsində innovativ texnologiyaların tətbiqinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

Heyvandarlıq sahəsində innovativ texnologiyaların tətbiqinə dair əməkdaşlıq müqaviləsi imzalanıb
06 noyabr 2025-ci il tarixində Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu ilə Radiasiya Problemləri İnstitutu arasında 2026–2030-cu illəri əhatə edən elmi-texniki əməkdaşlıq müqaviləsi imzalanıb. İnstitut direktorları Mahir Hacıyev və Rəvan Mehdiyevanın iştirakı ilə baş tutan görüşdə tərəflər gələcək birgə fəaliyyət planlarını müzakirə ediblər.

Müqavilə çərçivəsində sensor texnologiyaları və müasir elektronika vasitəsilə heyvanların sağlamlıq vəziyyətinin monitorinqi, xəstəliklərin erkən diaqnostikası və intellektual nəzarət sistemlərinin yaradılması nəzərdə tutulur. Bu innovativ yanaşma xəstəliklərin yayılma dinamikasını dəqiq izləməyə və heyvandarlıqda müasir idarəetmə mexanizmlərini tətbiq etməyə imkan verəcək.
Heyvandarlıq sahəsində innovativ texnologiyaların tətbiqinə dair əməkdaşlıq müqaviləsi imzalanıbHeyvandarlıq sahəsində innovativ texnologiyaların tətbiqinə dair əməkdaşlıq müqaviləsi imzalanıb