
31 oktyabr – 2 noyabr tarixlərində Bakıda “İçərişəhər” DTMQİ, AZPROMO və Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə Zeytun Festivalı keçirilib. Festivalın məqsədi zeytunçuluq sahəsindəki nailiyyətlərin nümayişi və yerli istehsalın təşviqidir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları fəal iştirak edərək, aqrar sahədəki innovativ texnologiyalar və elmi araşdırmalar barədə stendlər təqdim ediblər. Ziyarətçilərə zeytunçuluqda məhsuldarlığın artırılması və aqrar elmin tətbiqi layihələri barədə ətraflı məlumat verilib. Festival çərçivəsində yerli məhsulların sərgisi, dequstasiyalar və müasir aqrotexnologiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.





EN