“Ağdam Atçılıq Zavodu S” MMC ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında Memorandum imzalanıb.

“Ağdam Atçılıq Zavodu S” MMC ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında Memorandum imzalanıb.
25 iyul 2025-ci il tarixində “Ağdam Atçılıq Zavodu S” MMC ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında atçılıq və heyvandarlıq sahəsində elmi və texnoloji əməkdaşlığa dair əməkdaşlıq memorandumu imzalanıb.

Bu əməkdaşlığın əsas məqsədi Qarabağ atının genetik və fizioloji xüsusiyyətlərinin elmi əsaslarla araşdırılması, atçılıq və heyvandarlıqda müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların inkişaf etdirilməsi və əldə edilən elmi nəticələrin sahəyə praktik töhfə verməsidir.

Əməkdaşlıq çərçivəsində aşağıdakı istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulur:
• Qarabağ at cinsinin genetik seleksiyası və sağlam nəsil yetişdirilməsi;
• Baytarlıq və sağlamlıq monitorinqinin rəqəmsal üsullarla həyata keçirilməsi;
• Yerli iqlimə uyğun yem rasionlarının optimallaşdırılması;
• Rəqəmsal identifikasiya və məlumat bazalarının yaradılması;
• Elmi nəşrlərin hazırlanması, beynəlxalq konfrans və seminarların təşkili.

Memorandum həmçinin elmi kadr hazırlığını və gənc alimlərin təcrübə proqramlarında iştirakını dəstəkləməklə, bu sahədə insan resurslarının inkişafına da töhfə verməyi hədəfləyir.

Bu yeni əməkdaşlıq Qarabağ atının elmi əsaslarla qorunması və gələcək nəsillərə ötürülməsi, eyni zamanda Azərbaycan atçılığının beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Ağdam Atçılıq Zavodu S” MMC ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında Memorandum imzalanıb.“Ağdam Atçılıq Zavodu S” MMC ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında Memorandum imzalanıb.“Ağdam Atçılıq Zavodu S” MMC ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında Memorandum imzalanıb.“Ağdam Atçılıq Zavodu S” MMC ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında Memorandum imzalanıb.“Ağdam Atçılıq Zavodu S” MMC ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında Memorandum imzalanıb.“Ağdam Atçılıq Zavodu S” MMC ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında Memorandum imzalanıb.