HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.

HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda aparılan “Laçın və Kəlbəcər rayonlarında yetişdirilən Yaklardan alınan F1 nəsil balaların qiymətləndirilməsi sinfinin, qan dərəcəsinin müəyyən edilməsi üçün aparılan seleksiya damazlıq işləri və nəticələrin təhlili” adlı elmi tədqiqat işi ilə əlaqədar olaraq 7-9 iyul tarixlərində İnstitutun əməkdaşları Yasin Gözəlov, Yusif Əbdüləzimov və Mehdi Kərimov tərəfindən Kəlbəcər rayonunda heyvanların yerləşmə yerinə baxış keçirilmiş və yayılma arealı müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, heyvanların bu bölgədə sərbəst hərəkət edə bilirlər. Ot örtüyünün zəngin olması hesabına heyvanların daha uzaq məsafə qət etməsinə ehtiyac qalmır. Bu da, yakların az vaxt ərzində daha çox canlı kütlə almasına səbəb olur. Hal-hazırda təsərrüfatda 40 baş ana mal, 40 baş buzov və 115 baş subay mal və 8 baş törədici vardır.
Yakların və buzovların bədən ölçüləri götürülmüş və qiymətləndirmə aparılmışdır. Qiymətləndirmə zamanı məlum olmuşdur ki, yaklar orta köklük dərəcəsindədir. Sağlamlıq durumu yüksəkdir. Tük örtükləri fəslə uyğundur və heyvanlar I sinfə aiddir.
Lakin baxış zamanı saxlanma şəraiti ilə eləcə də, heyvanların təbiətdə yayılma arealının müəyyən edilməsi ilə əlaqədar nöqsanlar aşkar edilmişdir. Ana mal və buzovlar üçün saxlanma yerinin müasir tələblərə cavab verməməsi, əsasən qış aylarında ölüm hallarının baş verməsinə gətirib çıxarır. Odur ki, yakların adaptasiya olunmasına elmi yanaşma olmalıdır. Bununla əlaqədar, “Respublikamızda Yakların adaptasiya olunmasının elmi əsaslandırılması” və “Yakların şəcərə xətti üzrə qiymətləndirilməsinə (bonitirəsinə) dair təlimat" hazırlanmışdır.
Yuxarıda qeyd olunan müsbət və mənfi tərəflər nəzərə alınmaqla hesabat və aidiyyati təkliflər hazırlnamış, təsərrüfata müəyyən tövsiyyələr verilmişdir.
HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.HETİ-nin əməkdaşları tərəfindən Kəlbəcər rayonundakı yak təsərrüfatına baxış keçirilib.