
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun “Biotexnologiya, genetik tədqiqatlar və embrion transferi” laboratoriyasının böyük elmi işçisi Zeynəb Hüseynova tərəfindən Tovuz Dövlət Sosial Kollecinin institutda istehsalat təcrübəsində olan "Baytarlıq" ixtisasının tələbələrinə "Holşteyn-Friz və Simental cinslərindən alınan süd və hemotoloji göstəricilər" mövzusunda təlim keçirilib. Təlim zamanı cinslərin ümumi xüsusiyyətləri, südün fiziki-kimyəvi göstəriciləri, hemotoloji göstəricilər və onların əhəmiyyəti, cinslər üzrə müqayisə və təhlil barədə məlumat verilib.


EN