
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşı Mübariz Əliyev tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin institutda istehsalat təcrübəsində olan "Baytarlıq" ixtisasının tələbələrinə "İribuynuzlu heyvanlarda embrion transferinin aparılma qaydaları və əhəmiyyəti" mövzusunda təlim keçirilib. Təlim zamanı heyvandarlıqda məhsul istehsalının artırılması, heyvan cinslərinin damazlıq keyfiyyətinin yaxşılaşdırılması, yeni nəslin baş sayının çoxaldılması üçün biotexnoloji üsullardan - süni mayalanma, embrion transferi və s., həmçinin onların tətbiqi qaydaları və əhəmiyyəti haqqında məlumat verilib.




